Nümunə
Elə proqram tərtib edin ki, qələmin rəngi qırmızı olduqda Bağa qırmızı üçbucaqlı, əks halda isə başqa rəngli kvadrat çəksin.
ilkinvəziyyət
sil
qələmiendir
dəyişən r
dəyişən x
r = 1
x = 100
qələminrəngi r
əgər (r = 4)
[irəli x sağa 120 irəli x sağa 120 irəli x sağa 120]
əkshalda
[irəli x sağa 90 irəli x sağa 90 irəli x sağa 90 irəli x sağa 90]
ALPLogo proqramında Bağa ancaq qrafik təsvirlər çəkmir, həm də yazı yaza bilir. Bunun üçün yaz komandasından istifadə olunur.
Əgər ekrana ədədlər çıxartmaq istəyirsinizsə, onda komandanı belə vermək olar:
yaz n
Əgər ekrana mətn parçasını çıxartmaq lazımdırsa, onda onu dırnaq arasında yazmaq lazımdır.
yaz “mətn”
Şriftin ölçüsünü dəyişmək də olar. Bunun üçün aşağıdakı komandadan istifadə olunur:
yazınınölçüsü n
Burada n - natural ədəddir; n = 0 olduqda şriftin ölçüsü 12 punkt götürülür.