Aşağıda belə bir proqram nümunəsi ilə tanış olacaqsınız. ALPLogo mühitində şərt komandası aşağıdakı şəkildə olur:
əgər (şərt)
[komanda 1]
əkshalda
[komanda 2]
Diqqət edin!
Alqoritmin yazılışından fərqli olaraq ALPLogo-da şərtdən sonra “onda” sözü yazılmır, “əks halda” isə bitişik yazılır.
Şərt doğru olduqda komanda 1, yəni şərtdən sonrakı komanda yerinə yetiriləcək. Əks halda komanda 2 icra olunacaq.
Şərti bildirən ifadələrdə müqayisə işarələrindən istifadə olunur:
= bərabərdir
> böyükdür
< kiçikdir
>= böyükdür və ya bərabərdir
<= kiçikdir və ya bərabərdir
<> bərabər dey
əgər (şərt)
[komandalar 1]
əkshalda
[komandalar 2]
Gördüyünüz kimi, bir komanda və ya komandalar qrupu kvadrat mötərizələrin [...] içərisində yazılır.