- Bu maraqlıdır. Mövzu ilə bağlı bilikləri genişləndirmək üçün nümunələr və
maraqlı məlumatlar verilir.
- Araşdıraq–öyrənək. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək
və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.
- Öyrəndiklərinizi yoxlayın. Hər mövzuda öyrəndiklərinizi qiymətləndirmək,
zəif cəhətlərinizi müəyyən etmək üçün nəzərdə tutulur.
- Ümumiləşdirici sual və tapşırıqlar. Hər bölmənin sonunda öyrəndiklərinizin
tətbiqi ilə bağlı sual və tapşırıqlar verilir.