Məsələ 2.
Birxətli dəmir yolunda 2 qatar qarşı-qarşıya gəlir. Onların hər birində 10 vaqon var. Qatarların görüşdüyü yolayrıcı iki qoldan ibarətdir (A və B) və onların hər birinə ən çoxu 5 vaqon və bir lokomotiv yerləşir. Maşinistlər nə edəcəklərini bilmədiklərindən yolayrıcına çatanda öncə qatarlar dayandı. Bir qədər sonra manevrlər etməklə istəklərinə çatdılar. Onlar bunu necə etdilər?
Həlli
1-ci addım. Sağdakı qatar geriyə çəkilir və 5 vaqonu açır.
2-ci addım. Sağdakı qatarın lokomotivi və 5 vaqonu A qoluna keçib dayanır, soldakı qatar isə B qolundan yolayrıcını keçir.
3-cü addım. A qolunda dayanan lokomotiv və 5 vaqon yolun soluna keçir. Artıq sağa keçmiş qatar geriyə hərəkət edir, öz vaqonlarını yolayrıcının solunda açıb saxlayır; sonra lokomotiv yolayrıcını keçərək sağ tərəfdəki 5 vaqonu özünə qoşub yolayrıcının A qoluna aparır.