Bu alqoritm birinci hal üçün də, yəni xanaların sayı qabaqcadan məlum olduqda da yararlıdır.
Dövri alqoritmləri blok-sxemlə
də göstərmək olar. Yuxarıdakı
məsələnin alqoritmi blok-sxem
vasitəsilə belə olacaq.
Blok-sxemdən aydın görünür
ki, əgər rənglənməmiş xanalar
varsa,“Xananı rənglə” və “İrəli
1 xana” komandaları o qədər
sayda yerinə yetirilir.
Araşdıraq – öyrənək
Öyrəndiklərinizi yoxlayın
TƏKRARLA NƏ QƏDƏR Kİ Yerdə muncuq var
Muncuğu yerdən götür
Muncuğu ipə keçir