Bu problemlər xüsusi alqoritmik struktur – dövr vasitəsilə həll olunur. Dövrlərdən istifadə olunması alqoritmin həcmini əhəmiyyətli dərəcədə azaldır.
Alqoritmlərdə dövrü göstərmək üçün “TƏKRARLA n DƏFƏ” komandasından istifadə olunur.
Nümunə
60 nəfəri çaydan keçirtmək alqoritmini dövr komandası vasitəsilə belə yazmaq olar:
TƏKRARLA 60 DƏFƏ
Adamı qayığa götür
Qarşı sahilə aparıb düşür
Qayıt
Sahilə çıx
“TƏKRARLA...” komandasından sonra yazılan komandaların hansıların
dövrə aid olmasını göstərmək üçün həmin komandalar sağa
sürüşdürülərək yazılır. Məsələn, nümunədə verilmiş alqoritmdə
“TƏKRARLA...” komandasından sonrakı ilk 3 komanda 60 dəfə,
“Sahilə çıx” komandası isə yalnız bir dəfə icra olunacaq.
“TƏKRARLA...” komandasında təkrarların sayının əvəzinə dövr şərtini
də yazmaq olar. Dövr şərti dövr komandalarının nə vaxta qədər
yerinə yetiriləcəyini bildirir. Bu halda dövr komandası
“TƏKRARLA NƏ QƏDƏR Kİ dövr şərti” şəklində yazılır.
Rənglənəcək xanaların sayı 18 olarsa, məsələnin həll alqoritmini sözlə belə təsvir etmək olar:
TƏKRARLA 18 DƏFƏ
Xananı rənglə
İrəli 1 xana
Xanaların sayı qabaqcadan məlum deyilsə, onda həmin alqoritmi belə
göstərmək olardı:
TƏKRARLA NƏ QƏDƏR Kİ Xana rəngsizdir
Xananı rənglə
İrəli 1 xana