13. ALQORİTMİN NÖVLƏRİ
Fəaliyyət
Mətni diqqətlə oxuyun. Alqoritmdə buraxılmış sözləri bərpa edin.
Vinni Pux dostu Dovşana qonaq getmək qərarına gəlir. Vinni orada nəsə dadlı bir şey yeməyi düşünür. O, Dovşanın evində həmişə şirin süd, bəzən isə bal olduğunu bilir. Vinni daha çox balı sevir, ancaq bal olmasa, şirin süd yeməyə də razıdır.
Vinni yolda öz hərəkət alqoritmini belə qurdu:
1. Dovşanın evinə getmək.
2. Salamlaşmaq və içəri keçmək.
3. Dovşandan evində ... olub-olmadığını soruşmaq.
4. Əgər ... varsa, onda ... verməsini xahiş etmək. Əks halda ... istəmək.
5. Qonaqlığa görə Dovşana minnətdarlıq etmək.
Nəticəni müzakirə edək: