Araşdıraq – öyrənək
Aşağıda nanəli şərbətin hazırlanması resepti verilmişdir. Onun alqoritmin bütün xassələrinə malik olub-olmadığını araşdırın.
Nanəli şərbətin hazırlanma resepti Tərkibi: şəkər – 30 q, nanə toxumu – 0,4 q və ya təzə nanə – 15 q, su – 105 q, buz – 50 q.
Nanə toxumundan şərbət hazırlamaq üçün toxum qaynadılmış su da 3–4 saat saxlanılır, ona şəkər əlavə edilir. Daha sonra süzülür və soyudulur. Təzə nanədən hazırlanan şərbət də eyni qayda ilə hazırlanır, sadəcə, təzə nanə xırdalanır və üzərinə qaynadılmış su tökülür.
Öyrəndiklərinizi yoxlayın
1. Verilmiş göstərişləri alqoritm hesab etmək olarmı?
Adi kəsrlərin bölünməsi qaydası |
|
Sözün fonetik təhlili sxemi |
|
a) 3
7 : 9
14 hesablayın.
b) “Müəyyən” sözünün fonetik təhlilini aparın.