11. OBYEKTİN İNFORMASİYA MODELİ
Siz mətn redaktorunda hər hansı obyekt haqqında yazı hazırlaya
bilərsiniz. Əgər həmin yazıda obyektin əsas əlamətləri göstərilmişsə,
onu obyektin informasiya modeli hesab etmək olar. Obyektin
qrafik redaktorda çəkdiyiniz şəkli də onun informasiya modelidir.
İnformasiya modelini sxem, cədvəl şəklində də vermək olar.
Başqa sözlə, obyekti təsvir etmək üçün müxtəlif informasiya modellərindən
– mətnlərdən, qrafikadan, cədvəllərdən, sxemlərdən istifadə
edilir.
Bildiyiniz kimi, kompüterdə hazırlanmış təqdimatda müxtəlif
növ informasiyalar olur. Bu baxımdan təqdimat proqramları
obyektin fərqli informasiya modellərini nümayiş etdirmək üçün
gözəl vasitədir.
Fəaliyyət
“Masaüstü kompüter” adlı təqdimatın hazırlanması
Təqdimat proqramında “Masaüstü kompüter” adlı təqdimat hazırlayın. Bunun üçün çəkdiyiniz şəkillərdən və yığdığınız mətnlərdən istifadə edin. Hər slayd üçün düzgün maket seçin.