ADDIM- | ADDIM 2 |
Təqdimatın nümayişi
Təqdimat zamanı informasiyanın necə təqdim edilməsinin önəmi böyükdür. Ona görə də təqdimatın hazırlanması zamanı bəzi məsələlərə diqqət yetirmək lazımdır.
Araşdıraq – öyrənək
Sevdiyiniz bir kitab haqqında 3–5 slayddan ibarət təqdimat hazırlayın.
Təqdimatınızda rəsmlərdən, siyahılardan istifadə etməyə çalışın.
Öyrəndiklərinizi yoxlayın
Buraxılmış sözləri əlavə edin.
Yeni slayd yaratmaq üçün Insert menyusundan ... bəndini seçmək lazımdır. Təqdimatın slaydında müxtəlif elementlər yerləşdirməzdən öncə onun ... seçmək lazımdır. Layouts paneli proqram pəncərəsinin ... tərəfində yerləşir. Təqdimatı nümayiş etdirmək üçün ... klavişi basılır.