- Click to add title doldurucusunu çıqqıldadın. Doldurucunun ətrafında
seçdirmə çərçivəsi yaranacaq ki, bu da ora mətn daxil etməyin
mümkünlüyünü göstərir. Doldurucunun mətni yox olacaq, onun
yerində isə kursor görünəcək.
- YER KÜRƏSİ yazın. Yadda saxlayın ki, başlığın, yaxud siyahı elementinin
sonunda nöqtə qoyulmur.
- Click to add text doldurucusunu çıqqıldadın.
- Ad və soyadınızı (məsələn, Toğrul Həsənli) yazın və növbəti sətrə
keçmək üçün <Enter> klavişini basın. Növbəti sətirdən özünüz haqqında
məlumat (məsələn, Şəki şəhəri 1 saylı tam orta məktəbin 6-ci
sinif şagirdi) yazın.
-
Alətlər zolağındakı düyməsini çıqqıldadın,
yaxud Insert ⇨ New Slide menyu komandasını
seçin. Təqdimata yeni slayd artırılacaq və ona
avtomatik olaraq əvvəlki slaydın maketi tətbiq
olunacaq. Yeni slayd həmişə aktiv (seçdirilmiş)
slayddan sonra qoyulur, ancaq slaydların
ardıcıllığını istənilən zaman dəyişdirmək olar.
- Yeni slayd üçün uyğun maket (Title, Text) seçin.
- Click to add title doldurucusunu çıqqıldadın və Yerin coğrafi təsviri
yazın.
-
Click to add at outline doldurucusunu çıqqıldadın.
- Ekvator yazın və <Enter> klavişini basın.
Siyahının birinci bəndi yaranacaq. Eyni qayda ilə
Meridian, Paralel, Coğrafi qütblər bəndlərini
daxil edin.
- Yeni slayd yaradın və onun üçün Title, Text,
Clipart maketini seçin.
- Click to add title doldurucusuna Yer səthində coğrafi obyektlər
yazın.
- Click to add at outline doldurucusuna Dağlar, Meşələr, Çaylar,
Dənizlər siyahısını yazın.
- Double-click to add graphics doldurucusunda simgəsini qoşa çıqqıldadın.
Açılan pəncərədə mövzuya uyğun şəkil tapıb Open düyməsini
çıqqıldadın. Seçdiyiniz şəkil slayda əlavə olunacaq.
- Daha bir slayd əlavə edin və həmin slaydı təqdimatınızın planına
uyğun doldurun.
- Təqdimat faylını saxlamaq üçün File ⇨ Save As menyu komandasını
seçin. Açılan pəncərədə faylın adını (məsələn, Yer, yaxud Earth) və
onun saxlanacağı yeri göstərin.
Təqdimat üzərində işi bitirdikdən sonra onu ekranda göstərmək olar.