Təqdimatlar zamanı, adətən, proyektor və səsucaldanlardan istifadə olunur.
Proyektorlar müxtəlif mənbələrdən – kompüterdən, videomaqnitofondan, rəqəmsal kameradan, videokameradan, DVD-pleyerdən alınan informasiyanı böyük ekranda əks etdirməyə imkan verir.
Səs informasiyasını çıxışa vermək üçün səsucaldanlardan istifadə olunur.
Araşdıraq – öyrənək
Microsoft PowerPoint və OpenOffice Impress təqdimat proqramlarını başladın. Onların baş pəncərələrini müqayisə edin.
Öyrəndiklərinizi yoxlayın
“İdman növləri”, “Doğma yurdum”, “Həndəsi fiqurlar” mövzularından birini seçin. Həmin mövzuda informasiya toplayın, onları qruplaşdırın və gələcək təqdimatın planını qurun.