Bəzən sətirlərarası məsafəni artırıb-azaltmaq lazım gəlir. Sətirlərarası məsafəni dəyişməyin ən asan yolu formatlama alətləri zolağındakı xüsusi Line Spacing düyməsindən istifadə etməkdir. Onun simgəsini çıqqıldadıb açılan siyahıdan istədiyiniz qiyməti seçə bilərsiniz.
Araşdıraq – öyrənək
“İnformatik” dərnəyinə üzv olmaq üçün mətn redaktorunda bir ərizə yazın və onu formatlayın.
Öyrəndiklərinizi yoxlayın