Mətni formatlayarkən şriftlərin seçilməsi ilə bərabər, onun hissələrinin vərəqdə necə yerləşməsinə də diqqət yetirmək lazımdır. Formatlamanı mətnin hamısına, yaxud onun fraqmentlərinə (abzaslara, cümlələrə, sözlərə) uyğun tətbiq etmək olar.
Abzasın formatlanması dedikdə onun səhifənin qıraqlarına nəzərən
düzləndirilməsi, sətirlər arasındakı məsafənin qoyulması
kimi əməllər nəzərdə tutulur. Mətn redaktorunda növbəti abzası
yaratmaq üçün <Enter> klavişi basılır.
Adətən, mətn redaktorlarında abzası dörd cür düzləndirmək olur:
sola, sağa, mərkəzə və tam düzləndirmə.
Mətni sola düzləndirmək üçün <Ctrl+L> klavişlər
kombinasiyasından, yaxud düyməsindən istifadə olunur.
Mətni sağa düzləndirmək üçün <Ctrl+R> klavişlər
kombinasiyasından, yaxud düyməsindən istifadə olunur.
Mətni mərkəzə düzləndirmək üçün <Ctrl+E> klavişlər
kombinasiyası, yaxud düyməsi nəzərdə tutulub. Belə
düzləndirmədən, adətən, başlıqlarda istifadə olunur.
Mətni tam düzləndirmək üçün <Ctrl+J> klavişlər
kombinasiyasından, yaxud düyməsindən istifadə olunur.
SOLA DÜZLƏNDİRMƏ | SAĞA DÜZLƏNDİRMƏ |
Elm okeandır. O, eyni dərəcədə insan üçün də açıqdır, balıqçı gəmisi üçün də. Biri bu okeanda qiymətli mallarla üzür, digəri isə yalnız bol balıq ovu ilə evə qayıtmaq istəyir. |
Elm okeandır. O, eyni dərəcədə insan üçün də açıqdır, balıqçı gəmisi üçün də. Biri bu okeanda qiymətli mallarla üzür, digəri isə yalnız bol balıq ovu ilə evə qayıtmaq istəyir. |
MƏRKƏZƏ DÜZLƏNDİRMƏ | TAM DÜZLƏNDİRMƏ |
Elm okeandır. |
Elm okeandır. O, eyni dərəcədə insan |