Mətnin müxtəlif hissələrinə müəyyən tərtibat verilməsi onun formatlanması adlanır. Formatlama zamanı mətnin özü deyil, onun görünüşü dəyişilir. Bunun üçün Formatlama alətləri zolağındakı alətlərdən istifadə olunur.
MS Word 2007 proqramının Formatlama alətləri zolağı
Ən geniş yayılmış
şriftlər:
Times New Roman
Arial
Calibri
Tahoma
Verdana
Impact
Sənədin mətnində müxtəlif şriftlərdən istifadə olunur. Şrift eyni dizayna malik simvolların yığınıdır. Eyni bir şriftin müxtəlif ölçüləri ola bilər. Şriftin ölçüsü punktla göstərilir (1 punkt = 0,35 mm). Bəzi geniş yayılmış şriftlər (məsələn, Calibri, Times New Roman, yaxud Arial) əməliyyat sistemi quraşdırılarkən avtomatik quraşdırılır başqalarını isə əlavə yükləmək lazım gəlir. İstədiyiniz şrifti və münasib ölçünü seçmək üçün alətlər zolağındakı düymələrdən istifadə etmək olar.
düyməsindən istifadə etməklə şriftin rəngini də dəyişmək olar. Şrifti seçdikdən sonra mətni “bəzəməyin” ən sadə yolu onu qalın, kursiv, yaxud altcizgili kimi seçdirməkdir. Bu stilləri tətbiq etmək üçün alətlər zolağındakı uyğun düymələrdən istifadə etmək olar.
Bu gün minlərlə kompüter şrifti mövcuddur. Bu mətndəki hərflərə diqqətlə baxsanız, onların uclarında kiçik cizgilər – çıxıntılar görəcəksiniz. Çıxıntılar oxuma prosesini asanlaşdırır. Adətən, çıxıntılı şriftlərdən böyük mətn bloklarında istifadə olunur. Bunun əksinə olaraq isə başlıqlarda çıxıntısız şriftlər daha məqsədəuyğun olur.
Çıxıntılı şrift
Çıxıntılı şrift