Faylın simgəsini qoşa çıqqıldatmaqla uyğun proqramın başladılması. Hər hansı faylın simgəsini qoşa çıqqıldatmaqla da uyğun proqramı başlatmaq olar. Məsələn, mətn faylını qoşa çıqqıldatdıqda mətn redaktoru açılır. Bu üsul, xüsusən, mövcud fayllarla iş zamanı çox əlverişlidir.
Əgər fayl iç-içə yerləşmiş qovluqdadırsa, hər dəfə onun yerləşdiyi qovluğu açmaq yorucu olur. Bu halda onun yerini dəyişmədən də asanca başlatmaq olar. Bunun üçün iş masasında faylın qısayolu (shortcut) yaradılır və ondan istifadə olunur.
ADDIM- | ADDIM |
Faylın qısayolunun yaradılması
Faylın simgəsi iş masasında yaranacaq. Simgənin qısayol olduğunu onun sol aşağı küncündə olan ox işarəsi bildirir.
Araşdıraq – öyrənək
Paint proqramını müxtəlif üsullarla başladın. İş masasında proqramın qısayolunu yaradın.
Öyrəndiklərinizi yoxlayın