Kompüterdə hər bir rəqəm, hərf, ümumiyyətlə, hər bir simvol 8 bitdən ibarət ardıcıllıq kimi kodlaşdırılır. Məsələn, 1 rəqəmi 00110001, A hərfi 01000001, * işarəsi 00101010 şəklində kodlaşdırılır. Başqa sözlə, hər bir simvol, o cümlədən boşluq simvolu kompüterin yaddaşında 1 bayt yer tutur. Məsələn, bu dərsin başlığı kompüterin yaddaşında 30 bayt, “Fəaliyyət” bölümündəki mətn isə boşluq simvolları nəzərə alınmaqla 462 bayt yer tutacaq.
Baytın özü də kiçik vahiddir. Ona görə də informasiyanın həcmini ölçmək üçün daha böyük vahidlər daxil edilib.
Ölçü vahidi
Qısa işarəsi
Bayt (təqribi)
Bayt (dəqiq)
Bayt
Kilobayt
Meqabayt
Giqabayt
Terabayt
K, Kbayt
M, Mbayt
G, Gbayt
TB, Tbayt
1
1 000
1 000 000
1 000 000 000
1 000 000 000 000
1
1 024
1 048 576
1 073 741 824
1 099 511 627 776
Faylın ölçüsünü bilmək üçün siçanın göstəricisini onun simgəsinin üzərinə aparıb azca gözləyin. Faylın xarakteristikalarının olduğu kiçik çərçivə açılacaq. Onların içərisində faylın ölçüsü də var (Size). Əgər göstəricini tuşlayan zaman çərçivə açılmırsa, onda həmin vəziyyətdə siçanın sağ düyməsini çıqqıldadın.
Açılan siyahıdan Properties bəndini seçin. Bu zaman açılan pəncərədə də faylın ölçüsünü tapıb baxa bilərsiniz.
Eyni qayda ilə qovluğun ölçüsünü də bilmək olar.