Fəaliyyət
Növbə ilə My Pictures, My Music və My Documents qovluqlarını açın və aşağıdakı alqoritmi yerinə yetirin:
Nəticəni müzakirə edək:
Kompüterdə bütün növ informasiyalar (mətn, səs, qrafik və s.) ikilik kodla göstərilir (kodlaşdırılır).
Bildiyiniz kimi, bit informasiyanın ən kiçik ölçü vahididir. Ona görə də yaddaşın tutumunu göstərmək üçün daha böyük vahidlərdən istifadə olunur. Səkkiz bitdən ibarət ardıcıllığa bayt deyilir.
1 bayt = 8 bit.