Bəs onluq say sistemindəki istənilən ədədin ikilik say sistemindəki yazılışını necə bilmək olar? Onluq ədədi ikilik ədədə çevirmək üçün belə üsuldan istifadə olunur: onluq ədəd 2-yə bölünür, sonra qismət 2-yə bölünür və bu proses qismət 0 olanadək davam etdirilir. Sonda hər addımdakı qalıqların tərs ardıcıllıqla düzülüşü verilmiş ədədin 2-lik say sistemində yazılışı olur.
Nümunə
77 ədədinin ikilik yazılışını tapaq.
İndi, sondan başlayaraq qalıqları yığsaq, 1001101 alarıq.
Beləliklə, 77 ədədinin ikilik yazılışı 1001101 olur.
Müxtəlif say sistemlərində işləyən zaman verilmiş ədədin hansı say sistemində yazıldığını göstərmək lazımdır. Bunun üçün aşağı indeksdən istifadə olunur; məsələn:
7710 =10011012
Araşdıraq – öyrənək
Bu necə ola bilər?
Öyrəndiklərinizi yoxlayın
1. Nə üçün kompüterlərdə ikilik say sistemindən istifadə olunur?
2. İxtiyari natural ədədi ikilik say sisteminə necə çevirmək olar?
3. Verilmiş ədədlər sırasında ikilik ədədlər hansılardır?
451, 2011, 101110101, 1020110210, 101
4. 1-dən 16-ya kimi ədədləri ikilik say sisteminə çevirin.
5. 17, 33, 82 ədədlərini ikilik say sistemində yazın.
6. 1000012 ədədindən sonra hansı ədəd gəlməlidir?