Son zamanlar çoxlu sayda mobil rəqəmli qurğular meydana çıxıb: rəqəmli fotokamera, videokamera, MP3-pleyer, cib kompüteri, mobil telefon. Bu qurğuların hamısının kiçik ölçülü informasiya daşıyıcılarına ehtiyacı var. Bu məqsədlə fləş-kartdan istifadə olunur, kompüterlər üçün isə fləş-yaddaş daha geniş yayılıb.
Kompüterdə hər bir disk qurğusunun öz simgəsi və adı olur. Onlar böyük latın hərfləri ilə işarələnir. C: işarəsi birinci sərt diski göstərir.
Araşdıraq – öyrənək
Aşağıdakı alqoritmdən istifadə etməklə kompüterin
yaddaşından fləş-yaddaşa lazımlı informasiyanı yazın.
1. Fləş-yaddaşı kompüterin USB portuna taxın.
2. Kompüterdə istədiyiniz faylı tapıb seçin.
3. <Ctrl+C> klavişlərini basın.
4. My Computer qovluğunu açın.
5. Fləş-yaddaşın simgəsini qoşa çıqqıldadın. Fləş-yaddaşın tərkibini
göstərən pəncərə açılacaq.
6. <Ctrl+V> klavişlər kombinasiyasını basın. Seçdiyiniz fayl fləşyaddaşa
yazılacaq.
Öyrəndiklərinizi yoxlayın
Fikirlərdən yalan olanları doğruya çevirin: