Kompüter sisteminin əsas elementləri



Ölçüsü təxminən 2 sm2 olan prosessor kompüterin bütün qurğularının işini idarə edir.

Kompüterdə proqramları və verilənləri haradasa saxlamaq lazımdır. Bunun üçün kompüter sistemində müxtəlif qurğular nəzərdə tutulmuşdur. Onlar yaddaş qurğuları adlandırılır.

Kompüterdə görülən işin nəticəsinə baxmaq üçün o, monitor və ya printerə çıxarılır. Bu qurğular çıxış qurğuları adlanır. Başqa çıxış qurğuları da vardır: qulaqlıq, plotter, proyektor, səsucaldan və s.


Çıxış qurğuları


Monitor

Printer

Plotter

Səsucaldanlar


Araşdıraq – öyrənək

Mətn, şəkil, video, səs informasiyalarını masaüstü kompüterə hansı yollarla daxil etmək mümkün olduğunu araşdırın.

Öyrəndiklərinizi yoxlayın

  1. Kompüterdə hansı informasiya prosesləri baş verir?
  2. Kompüterdə baş verən informasiya prosesləri üçün hansı qurğular lazımdır?
  3. Qrupda artıq olanı müəyyən edin:
    a) klaviatura, mikrofon, qulaqlıq, skaner;
    b) monitor, printer, proyektor, skaner.