Kimyəvi qəza zamanı necə davranmalı?
Dərhal pəncərələri kip bağlamaq, elektrik və qaz cihazlarını söndürmək lazımdır. Rezin uzun boğaz çəkmə, plaş geyinməli, sənədləri, isti geyim əşyaları və gec xarab olan ərzaq ehtiyatını götürərək qısa zamanda qəza zonasından çıxın. Nəfəs yollarını qoruyan əleyhqazdan istifadə edin.
Zədələnmə zonasından çıxmaq mümkün deyilsə, qapı və pəncərələri örtün. Onların çat və yarıqlarını kağız və yapışqanla tutun. Ventilyasiya və tüstü bacalarını kip bağlayın. Binaların birinci mərtəbələrində və zirzəmilərdə gizlənməyin.
Qəzadan sonra necə hərəkət etməli?
Kimyəvi maddələrlə zədələnməyə şübhə varsa, çox miqdarda süd və çay için, dərhal həkimə müraciət edin. Binalara yalnız icazə veriləndə girmək olar. Paltarlarınızı çıxarıb atın. Otaqları nəm əsgi ilə silin. Su kəmərlərindən axan sudan, bostan və bağ məhsullarından istifadə etməyin.
|
Cümlələri tamamlayın:
|