Bunlardan hansı zəlzələ zamanı davranış qaydalarına
uyğun deyil:
-
Liftdən istifadə etmək və pilləkənlərlə qaçmaq;
-
Binanın xarici divarlarının yanında dayanmaq;
-
Kitab və qab-qacaq rəfindən, soyuducudan uzaq durmaq;
-
Tez qaçıb binanın içərisində gizlənmək;
-
Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq.
Bunlardan hansı daşqın zamanı davranış qaydalarına uyğundur:
-
Təhlükə və təcili təxliyə haqqında məlumat verilən kimi, ailə üzvlərinizi
və qonşularınızı dərhal xəbərdar etmək;
-
Təhlükəsiz elan olunmuş yerdə və ya daha hündür, suyun çata bilmədiyi
ərazilərdə yerləşmək;
-
Suya düşdükdə hərəkətlərinizi məhdudlaşdıran ayaqqabılarınızı
və paltarlarınızı çıxarmaq;
-
Telefondan çox istifadə etmək;
-
Hadisədən sonra evə qayıdan kimi qazdan və elektrikdən istifadə
etmək.
Bunlardan hansı sürüşmə zamanı davranış qaydalarına
uyğun deyil:
-
Sürüşmə təhlükəsi haqqında məlumat alan kimi dərhal elektrik və
qaz cihazlarını qoşmaq;
-
Əşya götürmək üçün zərər çəkmiş binalara girmək;
-
Daxil olduğunuz yeri dərhal kibritlə işıqlandırmağa çalışmaq;
-
Dərhal binadan çıxmaq və sürüşmə bölgəsindən uzaqlaşmağa
çalışmaq.