Yadda saxlayın!
Evdən çıxmazdan əvvəl elektrik cərəyanını şəbəkədən ayırın, bütün qaz kranlarını bağlayın, istilik sobalarını söndürün. Yardım gələnə qədər, yaxud su çəkilənədək yuxarı mərtəbələrdə, damda, ağaclarda, yaxud digər hündür konstruksiyaların üstündə qalın. Bu zaman daimi olaraq fəlakət haqqında siqnal verin: gündüz vaxtı yaxşı seçilə bilən parçanı ağaca keçirib yelləyin, gecə vaxtı isə bunun üçün fənərin işığından istifadə edin və ya müxtəlif səslər çıxarmaqla olduğunuz yeri bildirin.
Bu çox təhlükəlidir!
Suya düşdükdə hərəkətlərinizi məhdudlaşdıran ayaqqabılarınızı və paltarlarınızı dərhal çıxarın. Suyun axarı ilə, bucaq altında sahilə doğru üzün!
Suda batan insan gördükdə ona dərhal su üzərində qala biləcək əşya atın və ətrafdakıları köməyə çağırın!
Sel və daşqından sonra nə etməli?
Hadisədən sonra evinizə qayıdarkən onun
dayanıqlılığına əmin
olmadan içəri girməyin!
Qəza nəticəsində mənzildə qazsızma halları
baş verə bilər.
Ona görə də otaqları havalandırın!
İcazəsiz qazdan və elektrikdən istifadə etməyin!
Sel və daşqın suları ilə qarışan quyuların və
içməli su kəmərlərinin
su yundan, eləcə də ərzaqdan istifadə etməyin!
|
Bunlara əməl
etmədikdə nə
baş verər?
|
Sürüşmə zamanı torpağın üst qatları sürüşərək yerini dəyişir. Bu təbiət hadisəsi kütləvi insan tələfatı ilə nəticələnməsə də, tikililərə və təsərrüfata böyük maddi ziyan vurur.
Sürüşmə zamanı nə etməli?
Sürüşmə təhlükəsi haqqında məlumat alan kimi elektrik və qaz cihazlarını söndürün, suyu bağlayın.
Təxliyə zamanı özünüzlə sənədlərinizi, qiymətli əşyalarınızı, isti geyim və ərzaq götürün. Təcili olaraq təhlükəli ərazini tərk edin.
Binadan çıxmaq və sürüşmə bölgəsindən uzaqlaşmaq üçün lazımi vaxtınız yoxdursa, içəridə qalın.