Binadan kənardasınızsa:
– Binaya yaxınlaşmayın. Əksinə, kənara küçənin ortasına, boş sahələrə, bağlara qaçmaq, açıq sahələrə çıxmaq, elektrik şəbəkəsindən uzaqlaşmaq lazımdır.
– Zədələnmiş binaların yanından keçərkən diqqətli olmaq vacibdir.
Sel və daşqınlar cəmiyyətə vurduğu ziyana və qurbanların sayına görə
təbii fəlakətlərin ən geniş yayılmış növüdür. Dünyada baş verən qlobal iqlim
dəyişiklikləri
ilə əlaqədar olaraq sel və daşqın hadisələrinin sayı sürətlə
artmaqdadır.
Bunları nəzərə alaraq, su obyektləri ətrafında məskunlaşmış əhali
bir sıra
qaydalara ciddi əməl etməlidir.
|
Qlobal iqlim
dəyişikliklərinin
əlamətləri
hansılardır?
|
Yaşadığınız yerlər tez-tez daşqınlara məruz qalırsa, əvvəlki illərdə suların yayıldığı və çata bilmədiyi hündür əraziləri yadda saxlayın. Qiymətli əşyalarınızı, lazımi isti geyimlərinizi, ərzaq, su və tibbi ləvazimat ehtiyatını ayrıca bir çamadana, yaxud çantaya yığın. Sənədlərinizi su keçirməyən bağlamalarda saxlayın.
Sel və daşqın zamanı davranış qaydaları
Mütəmadi olaraq hadisələrin gedişini radio və televiziya vasitəsilə izləyin. Təhlükə və təcili təxliyə haqqında məlumat verilən kimi ailə üzvlərinizi və qonşularınızı dərhal xəbərdar edin. İlk növbədə, əlillərə və qocalara yardım edin. Daha hündür, suyun çata bilmədiyi ərazilərdə yerləşin. Bu zaman özünüzlə sənədlərinizi, qiymətli və lazımlı əşyalarınızı, tez xarab olmayan qidalardan ibarət bir neçə günlük ərzaq və su ehtiyatınızı götürməyi unutmayın.