|
|
Yaşadığınız ərazidə hansı təbii fövqəladə hadisə müşahidə etmisiniz?
|
|
Yaşadığınız ərazidə təbii fəlakətlər baş verərsə, necə davranmaq lazımdır?
|
Hazırlıqlı olmayan insanlar zəlzələ baş verdikdə, adətən, təhlükəli qərarlar qəbul edirlər: pilləkənlərə qaçır, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanır, liftə minirlər.
Zəlzələ baş verərkən əgər binadasınızsa
– Çoxmərtəbəli binadasınızsa, liftdən istifadə etmək və pilləkənlərlə qaçmaq olmaz.
– Binanın içərisində təcili təhlükəsiz yerlərə qaçmaq, masanın, ya da çarpayının altına girmək lazımdır.
– Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq təhlükəsizlik baxımından daha düzgündür.
– Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır.
– Pəncərələrdən, sobalardan, ağır əşyalardan – kitab rəflərindən, soyuduculardan, qab-qacaq rəflərindən kənar da durmaq tövsiyə olunur.