TƏHLÜKƏSİZ HƏYAT
Məcburi hərəkət istiqaməti nişanları
Sürücülərə icazə verilmiş hərəkət istiqamətini, sürəti, eləcə
də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.
Məlumatverici-göstərici nişanlar
Yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi və
orada tətbiq edilən hərəkət rejimi barədə məlumat verir.
Servis nişanları
Yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.
Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır.
Əlavə məlumat nişanları
Birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya
məhdudlaşdırır.