TƏHLÜKƏSİZ HƏYAT
Hazırda ölkəmizdə qüvvədə olan yol nişanları “Yol hərəkəti haqqında”
Qanuna görə 7 qrupa bölünüb. Aşağıda həmin qruplara aid nişanlardan
nümunələr verilmişdir.
Yol nişanları
Xəbərdarlıq nişanları
Yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.
Üstünlük nişanları
Yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini və dar sahələrini keçmək növbəliliyini göstərir.
Qadağan nişanları
Yol hərəkəti iştirakçılarının hərəkətinə müəyyən məhdudiyyətlər qoyur.