TƏHLÜKƏSİZ HƏYAT
Minalara, mərmilərə və onların qalıqlarına rast gəlsəniz, toxunmayın!
YAXINLAŞMAYIN
TOXUNMAYIN
ZƏNG EDİN
Mövzuya dair suallar
-
Təhlükəsizlik qaydalarına diqqət yetirmədikdə hansı məişət qəzaları baş verə bilər?
-
Məişət qəzaları zamanı hansı zədələri almaq mümkündür?
-
Məişət cihazları içərisində ən çox hansını təhlükəli hesab edirsiniz?
-
İnternetdən istifadə edərkən hansı tövsiyələrə əməl edirsiniz?
-
Döyüş əməliyyatları olan yerlərdə necə davranmaq lazımdır?
I. Cümlələri tamamlayın:
-
............ paltar qurutmaq yanğın törədə bilər.
-
Piyada gəzərkən .......... toxunmaq təhlükəli ola bilər.
-
Qışda piyada gəzərkən ........
-
Vannanı doldurmaq üçün əvvəl ........ açmaq lazımdır.
-
Qazı .......... söndürmək olmaz.
-
Qaz qoxusu hiss etdikdə ...........zəng vurmaq lazımdır.
-
........... ərazilərə girməyin.
-
Donmuş ərzaqları .........
-
......... fərdi məlumatlarınızı paylaşmayın.
II. Mina təhlükəsizliyinə aid reklam plakatı hazırlayın.
II. Davranışlardan hansıları məişətdə, hansıları ictimai yerlərdə
olan təhlükəyə aiddir?
1. Eyvandan çox aşağı əyilmək; 2. Rozetkanın içinə çöp salmaq; 3. Yolda
olan açıq lyukun üstündən hoppanmaq; 4. Təmir gedən binanın ətrafında
oynamaq; 5. Maşın qəzasına yaxın getmək; 6. İşıqları yanılı qoyub evdən
çıxmaq; 7. Tanış olmayan əraziyə daxil olmaq.