Yay tətilində kəndə, nənəmgilə getmişdim. Bir gün nənəmlə gəzməyə çıxmışdıq. Təbiət çox gözəl idi. Mən dağ cığırı ilə gedib nənəmdən xeyli uzaqlaşmışdım. Fikirləşdim ki, nənəm məni görməyib narahat olar. Ona görə onu səslədim:
– Nənə!
Bir qədər sonra uzaqdakı qayalardan da eyni səs eşidildi.
– Nənəəə!
Bu səsin haradan gəldiyini öyrənmək üçün üzümü qayalara tutub bir də “nənə!” deyə çağırdım.
Qarşı tərəfdən də eyni səslə “nənə!” deyə cavab gəldi.
Yenə heç nə ayırd edə bilmədim:
– Kimsən? – soruşdum.
Qayalar da “kimsən?” sualını təkrar etdi.
Nənəm mənə sarı gəlirdi. Mən də irəli gedib ona yaxınlaşdım. Nənəm üzünü qayalara tutub qışqırdı:
– Mənim balam ağıllıdır!
Qayalar da “mənim balam ağıllıdır!”, – deyə cavab verdi.
– Mən nənəmi çox sevirəm! – qışqırdım.
Gələn cavab yenə də eyni idi. Nənəm təəccübləndiyimi görüb izah etdi:
– Oğlum, buna əks-səda deyirlər. Əks-səda səs dalğalarının öz yolunda rast gəldiyi maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səsimiz qayalara çatır, onlara dəyib geri qayıdır. İnsanın əməlləri də buna bənzəyir. Etdiyi hər hərəkət insanın özünə qayıdır. Əgər şəfqət istəyirsənsə, özün şəfqətli
olmalısan, hörmət istəyirsənsə, insanlara hörmət etməlisən.
Başqalarından səbir tələb edirsənsə, özün onlardan səbirli olmalısan. Kəndə təzə gəldiyin vaxtlar Toplan səni görəndə bərkdən hürürdü. Sən onunla mehriban davrandın, siz dostlaşdınız. Qonşudakı uşaqlar səninlə oynamırdılar. Sən tək qalıb darıxırdın. Onlarla tanış olduqdan |
|
Nənəmin sözləri barədə düşündüm. O, doğru deyirdi. Yay tətilim elə bunun sayəsində çox maraqlı keçirdi.