TƏHLÜKƏSİZ HƏYAT
20. DİQQƏTLİ OLAQ!
|
|
- elektrik avadanlıqları
- qaz cihazları
- kəsici və deşici alətlər
- kibertəhlükəsizlik
|
|
|
Bu simvolları necə izah etmək olar?
|
|
Məişətdə və ictimai yerlərdə hansı hərəkətlər həyat üçün
təhlükə yarada bilər?
|
Mənzildə, idman zalında, vanna otağında sadə təhlükəsizlik qaydalarına
diqqət yetirmədikdə insanlar müxtəlif bədən xəsarətləri alır, həm də güclü
qorxu hissi keçirirlər. Məişətdə yanıq, əzik, kəsik və s. zədələr almamaq üçün
çox diqqətli olmaq lazımdır.
Sanitariya-gigiyena qaydalarına əməl edərkən:
- Vannanı dolduranda əvvəl soyuq, sonra isti suyu açın;
- Saçqurudan islanıbsa, o halda bu cihazdan istifadə etmək olmaz;
- İstifadədən sonra cihazı şəbəkədən ayırın. Cərəyana qoşulu olan cihaz suya düşdükdə ağır nəticələrə səbəb ola bilər;
- Ütünün necə qızmasını əlinizlə yoxlamayın;
- Ütünün buxar yerinə su tökməzdən əvvəl onu xətdən ayırın.
|
|
Siz bura daha hansı
qaydaları əlavə etməyi
lazım bilirsiniz?
|
|