– Ölü zona nə deməkdir?
– Bu o deməkdir ki, bu yerlərdə sular normadan artıq çirklənmişdir. Ona görə də burada canlı yaşamır. Balıqlar buralara gəlmir.
– Ölü zona! Demək, ölü zonalar çoxalsa, Xəzər ölü dənizə çevrilə bilər?
Babam dedi:
– Əlbəttə! Ətrafındakı dövlətlər çalışırlar ki, Xəzərin çirklənməsinin qarşısı alınsın. Problemlər həllini tapmasa, Xəzərin canlı aləmi yox ola bilər. Babamın sözləri məni çox həyəcanlandırdı. Doğrudanmı, gözəl Xəzərimiz təhlükə altın dadır? |
|
|
ƏLAVƏ OXU ÜÇÜN
|
Otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərimizdə işğalçılar tərəfindən ekoloji cinayətlər törədilib. Bölgədəki biomüxtəliflik məhv edilib, meşələr qırılıb, faydalı qazıntı yataqları talan edilib, su anbarları və ətraf mühit qəsdən çirkləndirilib. Meşə ərazilərində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları mebel, tikinti materialı kimi, çox istilik verən tozağacı meşələri yanacaq məqsədilə talan edilərək Ermənistana daşınıb. Meşə və bağ sahələri dəfələrlə yandırılıb. Tozağacı meşələrinin qırılması nəticəsində buranın sakinləri olan Qafqaz tetrası və Xəzər uları* yaşayış yerlərindən məhrum olub.
|
Yaşadığınız yerdə (rayon, şəhər, kənd) biomüxtəliflik haqqında məlumat toplayın. Bu biomüxtəlifliyin qorunmasına yönəlmiş layihə hazırlayın. |