İNSAN VƏ TƏBİƏT
Bu baxımdan Azərbaycanda bio-müxtəlifliyin
qorunması həm milli, həm də qlobal əhəmiyyətə
malikdir. Ona görə Azərbaycan dövləti ekoloji təhlükəsizliyin
təmin olunması, təbii resursların səmərəli istifadəsi üçün tədbirlər
görür. Ölkəmizdə ekologiyaya dair çoxlu sayda qanun qəbul
olunmuşdur. Azərbaycan Respublikası ətraf mühit və təbiətdən
istifadə ilə bağlı beynəlxalq sənədlərə, o cümlədən BMT-nin
“Biomüxtəlifliyin qorunması” Konvensiyasına qoşulmuşdur.
Mövzuya dair suallar
-
Bioloji müxtəlifliyi qorumaq nə üçün vacibdir?
-
Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması üçün
hansı tədbirlər həyata keçirilmişdir?
-
Biomüxtəlifliyin beynəlxalq səviyyədə qorunması üçün hansı işlər
görülür?
Dünən babamla Xəzərin sahilində gəzirdik. Ətrafda balıq tutmaq
üçün suya tilov atmış insanlar gözə dəyirdi. Babam başını
bulayb dedi:
– Özlərini nahaq yorurlar, Xəzərin bu sahillərində balıq yoxdu, buralar
ölü zonalardır.
Soruşdum: