İstirahət gününü ailəliklə təbiətin qoynunda keçirdik. Bizdən bir az aralıda çoxuşaqlı bir ailə düşərgə salmışdı. Uşaqların içərisində mənim yaşıdımda var idi. Yaxınlaşıb onunla tanış oldum. Öyrəndim ki, adı Arzudur, o da 6-cı sinifdə oxuyur. Söhbət zamanı mən cibimdən peçenye çıxarıb ona təklif etdim. O, peçenyeni aldı, kağızını soyub yerə atdı. Mən heç nə demədim, kağızı götürüb tullantılar üçün ayırdığımız torbaya atdım.
Axşamüstü getmək üçün yığışırdıq. Ailə üzvləri əşyaları toplayanda gördüm ki, Arzu yerdəki salfet kağızlarını yığıb tullantılar olan torbaya yığdı. Çox sevindim. Ona nümunə olmuşdum, o da bundan nəticə çıxarmışdı. İnanırdım ki, o daha əlindəki zibili yerə atmayacaq.
|
MÜƏYYƏN EDƏK
|
|
MARAQLIDIR
|
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində diqqəti iqlim dəyişikliyinə və ekoloji fəsadlara cəlb etmək məqsədilə binaların fasad işıqları yerli vaxtla saat 20:30-dan 21:30-a qədər söndürülür. Yer saatı ilk dəfə 2007-ci ildə Avstraliyada keçirilib. Azərbaycan “Yer saatı” kampa niyasına 2011-ci ildə qoşulub və ilk aksiyada Qız qalasının işıqları söndürülüb.