Diqqətlə dinlədiyinizi görən həm söhbətiniz daha həvəslə danışır.
Əməkdaşlıq zamanı insanların xarakterik xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Qara qabaq, şən və zarafatcıl insanlar var. Ona görə də hamı ilə eyni tərzdə danışmaq olmaz. Hər kəslə ədəblə danışmağı bacarmaq ünsiyyət mədəniyyətinin göstəricisidir. |
|
Ünsiyyət zamanı həm də siz özünüzü ətrafdakılara tanıdırsınız. Səs tonunuz, mimikalarınız, müsahibinizə necə baxmağınız, duruşunuz, jestləriniz sizin haqqınızda təsəvvür yaradır. İnsanlar bu təsəvvür əsasında sizinlə münasibət qururlar. Yalnız canlı ünsiyyətdə deyil, sosial şəbəkələrdə də belədir. Ona görə özünü layiqincə təqdim edə bilmək də ünsiyyət mədəniyyətidir.
Beləliklə, ünsiyyət mədəniyyəti uğur qazanmağın vacib şərtidir. İnsanın ünsiyyət mədəniyyətinin formalaşması ailədən başlayır. Evdə böyüklər həyat tərzi və rəftarı ilə yaşca kiçiklərə nümunə olurlar. Daha sonra məktəbdə müəllimləri və məktəb yoldaşları davranışları ilə şagirdin ünsiyyət mədəniyyətinin formalaşmasında böyük rol oynayırlar.