Gün ərzində insanın özünü necə hiss etməsi, əhvali-ruhiyyəsi və iş qabiliyyəti onun normal yuxusundan da çox asılıdır. Gündüz fəaliyyət, axşam isə dincəlmək orqanizmin tələbatıdır, çünki yuxu orqanizmin istirahətini təmin edir, iş qabiliyyətini bərpa edir və əsəb sisteminin zəifləməsinin qarşısını alır.
Yuxu rejiminin olmaması insanın sağlamlığına mənfi təsir göstərə bilər.
Axşam yatmazdan əvvəl açıq havada gəzmək yuxuya yaxşı təsir edir.
|
MÜƏYYƏN EDƏK
|
|
MÜŞAHİDƏ EDƏK
|
Ətrafınızda olan insanları müşahidə edin. Onlar sağlamlığa mənfi təsir edən hansı hərəkətlərə yol verirlər?