“İstəyirəm hər gün səhər süfrəmdə çoxlu şirniyyatlar, kolbasalar olsun. Nahar vaxtı müxtəlif sendviçlər, ketçuplu, qızardılmış kartof yeyib, qazlı, şirin sular içim. Axşam isə çipsi yeyə-yeyə saatlarla televizorun qarşısında oturum. Bu zaman mən özümü çox xoşbəxt hiss edirəm”.
Bu uşağın həyat tərzinə və qidalanmasına
münasibətiniz necədir?
|
|
Sağlamlığı qorumaq üçün sağlam qida qəbul etmək, düzgün qidalanmaq
da vacib şərtdir. Yadda saxlamaq lazımdır ki, küçədə açıq şəkildə satılan,
hazırlanma şəraiti bilinməyən qida məhsulları sağlamlıq üçün təhlükəli
ola bilər. Keyfiyyətsiz qida həm mədəni,
həm də bağırsaqları
xəstələndirir. Bu isə tədricən bütün orqanizmin
xəstələnməsinə səbəb olur.
|
Küçədə açıq şəkildə
satılan qida sağlam-
lıq üçün necə təhlü-
kəli ola bilər?
|
Daim tərkibində
zərərli maddələr
olan qidalar qəbul
etmək
|
Bu cür qidalar orqanizmə
birdən deyil, yavaş-yavaş
ziyan vurur
|
İmmuniteti zəiflədir,
infeksiyalara,
allergiyaya
yol açır
|
|
Bu qidaların orqanizmə
faydası və zərəri nədir?
|