Havanın, suyun çirklənməsi insanın qidasının əsas mənbəyi olan torpağı da çirkləndirir. Torpaq çirklənərsə, bu, bitkilərin keyfiyyətinə mütləq təsir göstərir. Belə torpaqda yetişən bitkilər canlıların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Sağlam məhsul götürmək üçün insan torpağı çirklənməkdən qorumalıdır.
Göründüyü kimi, insan təbiətin hakimi yox, onun bir parçasıdır. Ətrafındakı mühit sağlam olanda insan da sağlam olur. Mühit çirklənəndə insan da xəstələnir. Təbiəti qorumaq özümüzü qorumaq deməkdir.
|
I. Cümlələri tamamlayın.
|