Hava tərkibində həyat üçün vacib oksigenin də olduğu bir neçə qazın qarışığıdır. Bu qarışıqda oksigenin miqdarı insan və digər canlılar üçün çox mühüm əhəmiyyət daşıyır. Təmiz hava sağlamlığın əsas şərtlərindən biridir. Hava çirklənəndə onun tərkibində zərərli qazların, tozun miqdarı artır. |
Belə hava ilə tənəffüs edən canlıların, o cümlədən
insanın orqanizmində ziyanlı dəyişikliklər baş
verir və müxtəlif xəstəliklər yaranır. İnsan öz
təsərrüfat fəaliyyətində havaya zərərli maddələr
atmaqda davam edərsə, yeni-yeni xəstəliklər
yaranacaq və daha çox insan xəstələnəcək.
Su həyatın əsas amillərindən biridir. İnsan bədəninin çox hissəsi sudan təşkil olunmuşdur. Su olmasa, nəinki insan, ətrafımızda gördüyümüz bütün canlı aləm məhv olar. Suyun çirklənməsi də sağlamlığa mənfi təsir edir. Hazırda dünya ölkələrinin bir çoxunda içməli su problemə çevrilib. Avropanın bir çox inkişaf etmiş ölkələri içməli suyu başqa ölkələrdən alır. |
|