Bir gün səhər yeməyində şəkəri çaya salıb qarışdırarkən beynimdə bir sual yarandı: şəkərlə duz görkəmcə bir-birinə bənzəyir, ikisi də suda asanlıqla həll olur, amma dadları çox fərqlidir. Nə üçün belədir? Bu sualla müəllimimə müraciət etdim.
O məni başa saldı ki, aqreqat halı maddənin xassələrindən yalnız biridir. Bundan başqa maddənin rəngi, iyi, dadı və digər xassələri də olur. Bu xassələr maddənin qurulduğu zərrəciklərin növündən, onların sayından və bir-biri ilə necə əlaqə yaratmasından asılıdır. Şəkər və xörək duzu görünüşcə bir-birinə bənzəsə də, hər biri fərqli növdə və fərqli sayda zərrəciklərdən qurulub.
Sonra o mənə şəkərin və duzun daxili quruluşunu əks etdirən şəkillər göstərdi. Şəkillərə diqqətlə baxanda zahirən oxşar olan bu iki maddənin əslində çox fərqli olduğunu gördüm.
|
MÜŞAHİDƏ EDƏK
|
Evdə yağlı boyanı su ilə, sonra isə neftlə təmizləməyə çalışın və fərqi müşahidə edin.
|
BİLİRSİNİZMİ?
|
Adətən, dondurmanın daşınması və satışı zamanı quru buzdan geniş istifadə edilir. Bu buz mayeyə çevrilmədən buxarlanır.