|
Sizə tanış olan maddələrin adlarını uyğun sütunlara yazın. Sətirləri tapdığınız nümunələrin sayına görə artırın. |
Bərk cisim
|
Maye
|
Qaz
|
|
MÜƏYYƏN EDƏK
|
|
MARAQLIDIR
|
Eramızdan əvvəl yaşamış qədim yunan filosofu Demokrit belə nəticəyə gəlmişdi: bizə belə görünür ki, cisimlər bütövdür. Əslində isə onlar çoxlu zərrəciklərdən təşkil olunmuşdur. Çox kiçik olduğundan onları görmək olmur. Bu zərrəcikləri Demokrit “atom” adlandırdı. Atom yunanca “bölünməz” deməkdir. Demokrit deyirdi ki, atomlar saysız-hesabsızdır. Onlar daim hərəkət edir, beləliklə də, od, su, hava, torpaq və bütün mürəkkəb şeylər yaranır. |