İnsanın qəbul etdiyi qidanın keyfiyyəti də onun sağlamlığına təsir edir. Hər bir istehlakçı aldığı qida məhsulunun keyfiyyətinə əmin olmalıdır.
|
|
Dövlət insanları onlara zərər verə biləcək qidalardan qorumaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyini yaratmışdır. Bu dövlət qurumu Azərbaycanda istehsal olunan və xarici ölkələrdən gətirilən qida məhsullarının keyfiyyətinə nəzarət edir, vaxt aşırı marketlərdə yoxlamalar aparır. Sağlamlığın qorunması üçün tibbi xidmətin əlçatan olması da vacibdir. Ölkəmizdə insanların tibbi yardım almaq hüququnu təmin edən icbari tibbi sığorta həyata keçirilir. |
|
Yada salaq:
“sığortaçı” və
“sığortaolunan” nə
deməkdir?
|
Azərbaycan dövləti insanların sağlamlığının qorunması ilə bağlı beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurum Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST).