|
BMT qızların
təhsilinə niyə bu
qədər əhəmiyyət
verir?
|
17 yaşı olanda isə Məlalə Yusufzay “... bütün uşaqların təhsil hüququ üzrə mübarizəsinə görə” Nobel mükafatının ən gənc sahibi oldu.
2017-ci ildə Məlalə qızların təhsilinin əhəmiyyəti barədə məlumatlandırmağa kömək etmək üçün Birləşmiş Millətlər Təşkilatının Sülh səfiri təyin edildi.
Keyfiyyətli təhsil insanların həyatını yaxşılaşdırmağın və davamlı inkişafın açarıdır. Bununla belə, dünyada yalnız bir neçə ölkə təhsilin bütün səviyyələrində yüksək hədəfə çatmağı bacarmışdır.
BMT-nin iclasında on yeddi hədəf qəbul edilmişdir. Bu Hədəflər hər cür yoxsulluğun aradan qaldırılması, bərabərsizliklə mübarizə və iqlim dəyişikliyi problemlərinin həlli üçün səyləri səfərbər etməyə yönəlmişdir. Hədəflərdən dördüncüsü hamı üçün əhatəli və keyfiyyətli təhsil vermək və ömürboyu öyrənməyi təşviq etmək məqsədi daşıyır. Dördüncü Hədəfə 2030-cu ilədək təhsildə gender bərabərsizliyinin aradan qaldırılması da daxildir.
|
BİLİRSİNİZMİ?
|
Azərbaycanlı qadınlar arasında xeyli alim, mədəniyyət xadimi olmuşdur. Sona xanım Vəlixan həkim diplomu almış ilk azərbaycanlı qadındır. O, göz həkimi idi. Dəyərli elmi araşdırmalarına görə Sona xanım tibb sahəsində Nobel mükafatına namizəd olunmuşdu. İkinci Dünya müharibəsinin başlanması ilə bağlı Nobel mükafatının təqdimatı dayandırıldı və Sona xanım bu mükafatı almaq şansından məhrum oldu.
Nigar Şıxlinskaya ilk azərbaycanlı tibb bacısı, Şəfiqə Axundova opera yazan ilk qadın bəstəkarımız olmuşlar. Leyla Məmmədbəyova isə nəinki Azərbaycanda, Qafqazda, həmçinin Yaxın Şərqdə və Cənubi Avropada ilk təyyarəçi qadın idi.
|
MÜŞAHİDƏ EDƏK
|
Azərbaycan qadınları ölkəmizin inkişafına necə töhfə verirlər? (İstehsalatda, mədəniyyətdə, siyasətdə çalışan, o cümlədən rəhbər vəzifələrdə işləyən qadınlarımız)