|
“... İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi,
etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial
mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. |
|
ƏLAVƏ OXU ÜÇÜN
|
Bunlar uşaqların hüquqlarıdır:
18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir.
Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsindən