Müasir dövrdə insan hüquqları yalnız ayrı-ayrı ölkələrdə deyil, beynəlxalq səviyyədə qorunur. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”ni imzalayan dövlətlər insanların şəxsi hüquq və azadlıqlarını tanıyır və onları qorumağa təminat verdiklərini bildirirlər. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”də göstərilən hüquq və azadlıqlar əksər ölkələrin konstitusiyasında öz əksini tapmışdır.
Avropa Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi də insan hüquq və azadlıqlarının qorunmasına yardım edir.
Hazırda dünyada insan hüquq və azadlıqlarının müdafiəsi işləri ilə məşğul olan çoxlu beynəlxalq qurum fəaliyyət göstərir.