|
Dünən nənəmlə supermarketə getmişdim. Mən aldığı ərzaq çantasını evə aparmaqda ona həmişə kömək edirəm. Nənəm aldığımız malların pulunu ödədi. Satıcı qız kassa qəbzini verdi. Nənəm qəbzi alıb səliqə ilə pulqabına qoydu. Mən soruşdum: |
– Nənə, qəbzi niyə pulqabına qoyursan, məgər o sənə lazımdır?
Nənəm cavab verdi:
– Əlbəttə, bu qəbz vasitəsi ilə dövlət mal üçün ödədiyimiz pulun bir qismini bizə geri qaytarır. Sən də supermarketdən nəsə alsan, kassa qəbzini tələb etməyi unutma.
Nənəmin dedikləri mənim üçün çox maraqlı oldu. Axşam atam evə gələndə mən ondan bu haqda ətraflı məlumat aldım.
|
MÜŞAHİDƏ EDƏK
|