|
ƏLAVƏ OXU ÜÇÜN
|
İtalyan yazıçısı Canni Rodari baş qəhrəmanı soğan olan “Çipollinonun macəraları” adlı maraqlı əsər yazmışdır. Əsərdə əhalisi və hökmdarı meyvətərəvəzlər olan uydurma ölkədən bəhs edilir. Bu ölkədə əhalinin hüquqları, o cümlədən vergi hüququ pozulur. Aşağıdakı parça ölkənin hakimi şahzadə Limonun əhali qarşısındakı çıxışındandır.
“– Son vaxtlar dövlətimizin gəliri azalıb. Havaya vergi qoyulandan sonra siz az nəfəs almağa başlamısınız! Bu sizin tərəfinizdən çox çirkin hərəkətdir! Sakit olun!!! Bu gündən yağıntı üçün də yeni vergilər qoyulur:
Adi yağış üçün – 100 lir,
Leysan yağış üçün – 200 lir, Şimşəkli, ildırımlı yağış üçün –300 lir. Sakit olun dedim!!!” |
Lir – keçmişdə İtaliyada pul
vahidi
|
Canni Rodari. “Çipollinonun macəraları” kitabından