|
Esse yazın: “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa,
özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.
|
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
|
ƏLAVƏ OXU ÜÇÜN
|
XIX əsrin sonlarından Azərbaycanda neft sənayesi çox sürətlə inkişaf etməyə başladı. Həmin illərdə dünyada hasil edilən neftin 50%-dən çoxu Bakıda çıxarılırdı. Başqa yerlərdə çıxarılan nefti müxtəlif qarışıqlardan təmizləmək üçün çoxlu vəsait tələb olunurdu. Bakı nefti isə təmiz olduğundan hasilatı çox ucuz başa gəlirdi. Bakı neftinin iqtisadi əhəmiyyəti dünyanın ən varlı neft sahibkarlarının diqqətini Azərbaycana cəlb etdi. Bunların arasında Nobel, Rokfeller, Rotşild kimi çox nüfuzlu sahibkarlar da var idi. Onlar az vəsait qoymaqla çoxlu qazanc əldə edirdilər. Mütəxəssislər, iş axtaran yoxsul insanlar Bakıya üz tuturdular. Müxtəlif sənaye sahələrinin sürətli inkişafı neftə tələbatı artırmışdı. Neft yanacaq kimi ən qiymətli təbii sərvət idi. Azərbaycanlı neft milyonçuları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və başqaları neftdən gələn sərvət hesabına Azərbaycanda iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına böyük töhfələr verdilər. |