|
Bu gün babamla kompüter almağa getmişdik. Bəyəndiyimiz modeli seçdik. Bu zaman satıcı bir alıcı ilə söhbət edirdi. Arada heç vaxt eşitmədiyim bir söz qulağıma dəydi: “topdansatış qiyməti”. Sonra mən gördüm ki, eynilə bizim aldığımız kompüteri həmin alıcıya xeyli aşağı qiymətə satırlar. Ağlıma gəldi ki, yəqin, qiyməti bizə səhv deyiblər. |
Babamın qulağına pıçıldadım ki, diqqətli olsun, deyəsən, qiyməti bizə düz deməyiblər. Babam dedi ki, narahat olma, hər şey qaydasındadır. Pulu ödəyib dükandan çıxdıq. Yolda babam mənə dedi ki, biz bir kompüter aldıq, həmin alıcı isə çoxlu kompüter aldı. Biz kompüteri pərakəndə satış qiymətinə, o isə topdansatış qiymətinə aldı. Topdansatış qiyməti pərakəndə qiymətdən daha ucuz olur.
|
MARAQLIDIR
|
1975-ci ildə ABŞ-da bir qrup həvəskar kompüter istifadəçiləri klubunu yaratdı. Klub üzvlərindən iki gənc bu işin böyük gəlir gətirəcəyinə inanaraq öz şirkətlərini yaratmaq qərarına gəldilər. Kompüterlərin istehsalı və satışı, doğrudan da, böyük gəlir gətirdi.
Həmin gənclərdən biri sonralar tanınmış Amerika ixtiraçısı və biznesmeni, Apple şirkətinin yaradıcılarından olan Stiv Cobs idi.