Bir kişi öz torpaq sahəsini əkib qazanc əldə etmək istəyirdi. O, bazara baş çəkib nəyin baha satıldığını öyrənmək istədi. Bazarda çiyələyin yaxşı satıldığını görüb çiyələk əkəcəyinə qərar verdi. Növbəti il bol çiyələk yetişdi. Yaxşı gəlir götürəcəyinə əmin olan kişi məhsulu bazara apardı, ancaq fikirləşdiyi qədər qazanc əldə edə bilmədi. Bazarda çiyələk çox, qiyməti isə ucuz idi. |
|
|
|
Malın qiymətinə hansı amillər təsir edir?
|
İstehsal edilən malları iki cür: həm toplu halda, həm də tək-tək satmaq olar. Ona görə də malın iki satış qiyməti var. Bir maldan çoxlu miqdarda alanda onun qiyməti xeyli ucuz olur. Buna malın topdansatış qiyməti deyirlər. Malın tək-tək satışı isə pərakəndə satışdır. Bu qiymətə malın pərakəndə qiyməti deyilir.
Topdansatış qiyməti pərakəndə satış qiymətindən aşağı olur. Malı topdansatış qiymətinə alan ticarətçilər onu tək-tək satmaqla qazanc əldə edirlər. Bu qazanc bazarda tələbdən, yəni əhalinin satılan mala olan ehtiyacından asılıdır. Alıcıların onlara təklif olunan məhsula ehtiyacı nə qədər böyük olarsa, satış və qazanc da o qədər çox olur. |
|
Bəs malın qiyməti necə yaranır?
Hər bir istehsal olunan mal istehsalçıya müəyyən birməbləğə başagəlir. Məsələn, avtomobil istehsalçısı onun detallarına, zavodun işçilərinə, istehsal prosesində sərf olunan enerjiyə və digər prosesində sərf olunan enerjiyə və digər zəruri vasitələrə pul ödəyir.